16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Bankların faiz gəlirləri düşməsi və ehtiyata ayırmalar xalis mənfəətini 25% azaldıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan banklarının 2021-ci ilin ilk iki ayı üzrə xalis mənfəətinin həcmi 73.1 milyon manat olub.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-fevral üzrə icmal göstəricilərinə istinad edir.

Banklar ilin ilk iki ayından 324.9 milyon manat faiz gəliri (bunun 259.3 milyonu kreditlər üzrə) olub ki, bu da öncəki ildən 2.7% geri qalır.

Sektorun faiz xərclərinin həcmi 85.7 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 104.8 milyon, qeyri-faiz xərclərinin həcmi isə 195 milyon manat olub. Beləliklə, bankların əməliyyatı 137 milyon manatlıq mənfəətlə tamamlanıb. Əməliyyat mənfəətindən 47.7 milyon problemli kreditlərə ayırmalar və 16.2 milyon manat vergi xərcindən sonra xalis mənfəət 73.1 milyon manata düşüb.

Qeyd edək ki, xalis mənfəət öncəki ildə 97.9 milyon manat idi.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər