2025-ci ilin ilk üç rübündə Azərbaycan bank sektorunun faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22.4% artaraq 3.66 mlrd. manata çatıb.
Banker.az xəbər verir ki, ən çox faiz gəliri əldə edən bank Kapital Bank olub — 874.7 mln. manat, illik 42.2% artımla. Onu ABB (805.6 mln. manat, +20.6%) və PAŞA Bank (396.7 mln. manat, +10.4%) izləyib.
Dördüncü və beşinci yerləri isə Bank Respublika (217.7 mln. manat, +26.1%) və AccessBank (187.1 mln. manat, +13.2%) bölüşür.
Beləliklə, ilk beş bank sektor üzrə faiz gəlirlərinin təxminən 69%-ni formalaşdırıb.







