Azərbaycanda bank sektorunun 2019-cu ilin yanavr-may ayları ərzində cəmi faiz gəlirləri 803.4 mln. manat təşkil etməklə 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu 102,5 mln.,yəni, 15% daha çox olub.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 iyun 2019-cu il tarixi üzrə bankların icmal göstəricilərində deyilir.
Banklar cari ilin yanvarında 162.0, fevralında 157.3, martında 163.9, aprelində 160.8 və mayında 159.4 mln. manatlıq faiz gəliri əldə ediblər.
Cari ilin ilk 5 ayında bankların xalis faiz gəlirləri 478 mln. manat olub.