Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 mlrd. 90.7 mln. manat, cəmi öhdəlikləri 46 mlrd. 402.3 mln. manat, balans kapitalı 6 mlrd. 688.4 mln. manat olub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.
Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27 mlrd. 514.7 mln. manat olub. Kredit portfelinin strukturu:
- Biznes kreditləri – 5% (14 mlrd. 709.9 mln. manat)
- İstehlak kreditləri – 1% (8 mlrd. 551.7 mln. manat)
- İpoteka kreditləri – 4% (4 mlrd. 253.1 mln. manat)
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.7%-i və ya 36 mlrd. 961 mln. manat. Depozit portfelinin:
- 61.1%-i (22 mlrd. 575.5 mln. manat) hüquqi şəxslərin,
- 38.9%-i (14 mlrd. 385.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 mlrd. 497 mln. manat) milli valyutada, 34%-i (4 mlrd. 888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8 mlrd. 746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.8%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5% olub.
2025-ci ilin yanvar ayında banklar 71 mln. manat xalis mənfəət, 122.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib.