6 C
Baku
Sunday, December 15, 2024

Banklarımız “zərərdən xilas” olur, xalis mənfəət 3 dəfə artdı

Azərbaycanda fəaliyyət göstərən 30 komersiya bankının xalis mənfəəti 3 dəfəyə yaxın artıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin fevral ayı üzrə icmalında deyilir.

Hesabata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankların faiz gəlirləri 18% azalaraq 287 mln. manat  təşkil edib. Bunun da əsas payı 189.2 mln. manatla kredit faizləri təşkil edir. Lakin, bankların faiz xərcləri isə əksinə 70 mln. manat azalaraq 101 mln. manat təşkil edib. Burada 68 mln manatı depozitlər üzrə ödənilmiş faizlər təşkil edir.

Sevindirici hal olaraq kommersiya banklarımızın mənfəətində mühüm dəyişikliy müsbətə doğru yönlənlməsidir. Belə ki, bankların xalis mənfəəti 141.3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə  2,83 dəfə artması deməkdir.

Balansları da böyüyür

Banklar 2018ci ilin ilk 2 ayı ərzində ümümilikdə 4.2 mln. manat mənfəət vergisi ödəyib.

28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil etmişdir.

Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olmuşdur. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artmışdır.

Kredit portfeli 9 677,3 mln. manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 1,9%, son ildə isə 29,3% banklar kreditləşməsinin azalması deməkdir.

Öhdəliklərdə 17 140,3 mln. manatı depozit portfelidir ki, bu da ilin əvvəlinı nisbətən 1,45%, illik müqayisədə isə 5,7% çoxdur.

Son xəbərlər
Digər xəbərlər