Banker.az monitorinq qrupu öz oxucuları üçün daima ən sərfəli təklifləri araşdırıb təqdim edir. Bu ənənəyə sadiq qalaraq nağd istehlak kreditləri bazarına göz gəzdirdik və mövcud durumu oxucularımız üçün təhlil etdik. Hal-hazırda nağd kreditlər üzrə aşağıdakı aktiv kampaniyalar mövcuddur.
Bank of Baku
Kampaniyanın son günü – 03.03.2018
Kampaniya şamil olunan müştəri seqmenti – Bankdan nağd kredit əldə edən bütün müştərilər.
Kampaniya güzəştləri – Bankdan nağd pul krediti əldə edən müştərilərə illik faiz dərəcəsində 5% endirim edilir.
Kreditin digər şərtləri:
- Maksimal məbləğ – 15 000 AZN;
- Müddət – 36 ay;
- Komissiya – 1%;
- Zamin – Kredit tarixçəsi qənaətbəxş olduqda 5000-dək, qeyri-qənaətbəxş olduqda 3000-dək zaminsiz.
Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə minimal illik faiz dərəcəsi 23 % təşkil edir.
Bank Respublika
Kampaniyanın son günü – 28.02.2018
Kampaniya şamil olunan müştəri seqmenti: Neft – qaz sektorunda fəaliyyət göstərən müəssisələrdə çalışan şəxslər.
Kampaniya güzəştləri – Kampaniya şamil edilən müştəri seqmenti Bankdan nağd pul krediti əldə etdikdə aşağıdakı endirimləri əldə edir.
- Kreditin illik faiz dərəcəsində 3%-dək endirim;
- Kreditin komissiyasında 50%-dək endirim
Kreditin digər şərtləri:
- Maksimal məbləğ – 10 000 AZN;
- Müddət – 36 ay;
- Zamin – rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək zaminsiz rəsmiləşmə mümkündür.
Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.
Unibank – “krediti indi al, yazda ödə!”
Kampaniyanın son günü – 25.02.2018
Kampaniya şamil olunan müştəri seqmenti: Bankdan nağd istehlak və mikro kreditləri əldə edən müştərilər.
Kampaniya güzəştləri – Kampaniya güzəştləri aşağıdakılardan ibarətdir:
- kreditlər üzrə ilk 3 ayda yalnız faiz borcu ödənilir, əsas borcun ödənişi isə 4-cü aydan başlayır;
- Kreditin komissiyasında 50%-dək endirim
Kreditin digər şərtləri:
- Maksimal məbləğ – 15 000 AZN;
- Müddət – 36 ayadək;
- Faiz – 23% – 28%
- Zamin – Fərdi olaraq baxılır.
Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən, komissiya isə 0.5%-dən başlayır.
Rabitəbank
Kampaniyanın son günü – 31.03.2018
Kampaniya şamil olunan müştəri seqmenti: Güc strukturlarında çalışan şəxslər.
Kampaniya güzəştləri – Kampaniya çərçivəsində güc strukturlarında çalışan şəxslər Bankdan nağd pul krediti əldə etdikdə illik faiz dərəcəsinə 6%-dək endirim edilir.
Kreditin digər şərtləri:
- Maksimal məbləğ – 10 000 AZN;
- Müddət – 24 ayadək;
- Faiz – 24%;
- Komissiya: Rəsmiləşmə – 1%, Sığorta – 2%-dək
- Zamin – 3000 AZN-dək zaminsiz.
Kapitalbank – (“2 Fevral – Gənclər günü” münasibətilə)
Kampaniyanın son günü – 28.02.2018
Kampaniya şamil olunan müştəri seqmenti: Yaşı 35-dək olan şəxslər.
Kampaniya güzəştləri – Kampaniya Bankdan nağd pul krediti əldə edən gənclərə aşağıdakı endirimlər təqdim olunur.
- İllik faiz dərəcəsinə 2% endirim edilir.
- Rəsmiləşmə komissiyası (1%) tutulmur.
- Pulsuz “Birkart” kredit kartı təqdim olunur.
Kreditin digər şərtləri (yalnız Kapitalbank-dan əmək haqqı və ya təqaüd alan müştərilər faydalana bilər):
- Maksimal məbləğ – 20 000 AZN;
- Müddət – 48 ayadək;
- Sığorta komissiyası – 5%
- Zamin – Fərdi olaraq baxılır.
Qeyd: Kampaniya çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsi 27.84%-dən başlayır.