16 C
Baku
Wednesday, October 23, 2024

Bankların göstəriciləri açıqlandı – İCMAL

30 sentyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın cəmi aktivləri 43 milyard 633.4 mln. manat, cəmi öhdəlikləri 38 milyard 288.3 mln. manat, balans kapitalı 5 milyard 345.1 mln. manat olmuşdur.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.

2022-ci ilin sentyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.9%, cəmi öhdəlikləri müvafiq olaraq 3.1% artmışdır. Sektorun aktivlərinin 40.8%-i (10,460.5 mln. ABŞ dolları ekv.), öhdəliklərinin isə 45%-i (10,126.7 mln. ABŞ dolları ekv.) xarici
valyutadadır.

Kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit
portfeli sentyabr ayında 2.8% (518.5 mln. manat) artaraq 19,157.2 mln. manat
olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3%
(10,780.9 mln. manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 9 ayında bankların
kredit portfeli 15% və ya 2,498.1 mln. manat artmışdır.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş
kreditlərin payı 3.3% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən
0.9 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.2 faiz bəndi azalmışdır.

Öhdəliklərin strukturunda depozit portfeli ənənəvi olaraq üstünlük təşkil edir –
cəmi öhdəliklərin 82%-i və ya 31,373.7 mln. manat. Depozit portfeli sentyabr
ayında 3.1% (936.5 mln. manat) artmışdır. Depozit portfelinin 65%-ni hüquqi
şəxslərin depozitləri, 35%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər
istisna olmaqla) 3.4% (361 mln. manat) artaraq 10,993 mln. manat təşkil etmişdir.
Əmanət portfelinin 54.3%-i (5,964.2 mln. manat) müddətli əmanətlərdən
ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,992.3 mln. manat olmaqla (ay
ərzində artım 3.4% və ya 590.3 mln. manat), hüquqi şəxslərin cəmi depozit
portfelinin (20,380.7 mln. manat) 88.3%-ni təşkil etmişdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən
0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4 faiz bəndi azalaraq
39.2% təşkil etmişdir.

11 1

2 3

312312312 2222233

Son xəbərlər
Digər xəbərlər