11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Bankların hərracda xarici valyuta tələbi $100 mln.-a çatdı

18 noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Hərracda tələb 97.6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Beləliklə, noyabrın ilk 6 ayında 509 milyon ABŞ dolları həcmində xarici valyuta satılmış oldu ki, bu da 2021-ci ilin yanvarından bu tərəfə ən yüksək göstəricidir. Beləliklə, ARDNF ilin əvvəlindən bu tərəfə 5 milyard 357.2 milyon ABŞ dolları hərraca çıxarmalı olub.

Banker.az analitikləri bildirir ki, Azərbaycan Mərkəzi Bankında noyabr üzrə bundan sonra üç hərracın keçirilməsi planlayıb. Bunlar 23 noyabr, 25 noyabr və 30 noyabrdır. Bu hərraclarda son günlərdəki artım tendensiyası təkrar olunarsa noyabr ayında ARDNF-in dollar satışı 700 mln. dollara çata bilər ki, bu da, 2020-ci ilin martından (1 milyard 928 milyon dollar) bu tərəfə maksimal hədd deməkdir.

se3534

 

Son xəbərlər
Oxşar xəbərlər
X