5 C
Baku
Saturday, December 14, 2024

Bankların icmal göstəriciləri açıqlandı

31 mart 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 mlrd. manat, cəmi öhdəlikləri isə 24.0 mlrd. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə azalma olması deməkdir.

Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olmuşdur. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artmışdır.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil etmişdir. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artmışdır.

31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

DAHA ÇOX

Son xəbərlər
Digər xəbərlər