8 C
Baku
Friday, December 13, 2024

Bankların İdarə Heyəti və Müşahidə Şurasındakı şəxslərin səlahiyyət müddətinin azaldılması təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” qanuna dəyişikliklər layihəsini təsdiq edib.

Banker.az xəbər verir ki, bu barədə cümə axşamı rəsmi mətbuatda dərc olunan dəyişiklilərdə deyilir.

Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti aşağı salınır. Hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Dəyişikliyə əsasən, bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınır.

Bankların İdarə Heyəti, o cümlədən Audit Komitəsinin üzvlərinin səlahiyyət müddətinə dair analoji dəyişikliklər daxil edilib.

Bundan əlavə, dəyişikliyə əsasən, bankın idarə orqanlarında təmsil olunan şəxslər Audit Komitəsinin üzvü ola bilməz.

Qanunun 28.1 maddəsinə dəyişikliklərə əsasən, bankların İdarə Heyəti, Müşahidə Şurası və Audit Komitəsinin üzvləri, o cümlədən onların ialələrinin üzvlərinin kommersiya maraqlarını yalnız Müşahidə Şurası qarşısında aça bilərlər. Öncə həmin kommersiya maraqları həm Müşahidə Şurası, həm də İdarə Heyəti qarşısında açıqlanmalı idi.

Son xəbərlər
Digər xəbərlər