7 C
Baku
Thursday, December 12, 2024

Bankların investisiya qiymətli kağızlar portfeli ₼5 milyarda yaxınlaşdı

Azərbaycan bankları 2021-ci ilin may ayının 1-nə aktivlərindəki qiymətli kağızlar portfelinin həcmini 4 milyard 790.4 milyon manata çatdırıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu da 2021-ci ilin əvvəli ilə müqayisədə 112.5 milyon manat (2.4%), 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 375.5 milyon manat (40%) azalmışdır.

Qeyd edək ki, Bakı Fond Birjasının 1 may tarixinə olan statistik göstəricilərinə görə hazırda qiymətli kağızlar bazarının həcmi 5 milyard 773.45 milyon manatdır. Bunun da 3 milyard 852.53 milyon manatı dövlət istiqrazları, 138.03 milyon manatı korporativ qiymətli kağızlar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər