1 dekabr 2016-cı il tarixinə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 802,1 mln. manat həcmində qiymətləndirilir. Bu barədə agentliyə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2015-ci il dekabrın 31-nə bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 21 mlrd. 164,5 mln. manat təşkil edib. Beləliklə, 2016-cı ilin 11 ayı ərzində kredit qoyuluşları 25,3% azalıb.
AMB-nin məlumatına görə, ötən ilin noyabr ayında banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşları 455,4 mln. manat və ya 3% artıb.
2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 17,4% artıb.