10 C
Baku
Thursday, December 12, 2024

Bankların istehlak kreditləri: həcm, bazar payı, 2023-cü ilin ilk yarısı üzrə dinamikası [renkinq]

BANKER.AZ — 2023-cü ilin 1 iyul tarixinə bankların istehlak kreditləri üzrə portfeli açıqlandı.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, bankların hesabat dövrünə fiziki şəxs olan müştərilərə verdiyi istehlak kreditlərinin həcmi ilin əvvəindən 10% artaraq 6 milyard 324.74  milyon manat olub.

Bazarın əsas payçısı dəyişmədi. Kapital Bank hazırda bu bazarın 1 mlrd. 927.24 mln. manatına və ya 30.5 faizinə sahibdir. İstehlak krediti nəhəngi portfeli ilin ilk yarımilində 5% böyüdüb.

İkinci sırada ABB-dir. Dövlətin bankı müvafiq dövrüdə istehlak krediti portfelini 19% artırmaqla 1 mlrd. 160.52 milyon manata qaldırıb. Bazarın 18.3%-i bu banka məxsusdur.

İri banklar içində bu sırada “Unibank” da özünə yer edə bilib. Kommersiya bankı istehlak kreditləri üzrə portfelini hesabat müddətində 13% artırmaqla 618.1 mln. manata yüksəldib ki, bununla da cari durumda bazarın 9.8 faizinə sahibliyini təmin edə bilir.

Tam siyahını təqdim edirik:787

 

Son xəbərlər
Digər xəbərlər