6 C
Baku
Sunday, December 15, 2024

Bankların istehlak kreditlərinin verməsi üçün hələ ki “yaşıl işıq” yanır

Azərbaycanda istehlak kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən əsas faktorlar kimi iqtisadi gözləntilər və bankların mövcud və gözlənilən kapital mövqeyi çıxış edir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin üçüncü rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Əhalini ödəmə qabiliyyəti və inflyasiya dair gözləntilərin istehlak portfelinə sərtləşdirici təsiri ötən rüblərlə müqayisədə aşağı olub.

Banklar ipoteka və istehlak kreditləri üzrə yumşalmanı əsasən faiz dərəcələrinə münasibətdə ediblər.

Banklar komissiya istisna olmaqla, digər kredit şərtlərində ipoteka kreditləri üzrə daha çox yumşalmalar ediblər.

Cari ilin əvvəlki iki rübündən fərqli olaraq III rübdə istehlak kreditlərinin maksimal müddəti kredit şərtlərini sərtləşdirən amil kimi çıxış edir.

Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayında bankların istehlak kreditlərinin həcmi 26% artmaqla 5 milyard 696.7 milyon manata çatıb.

31231231231

Son xəbərlər
Digər xəbərlər