20 C
Baku
Friday, October 11, 2024

Bankların istehlak kreditləri həcminə, rüblük dinamikasına və bazar payına görə RENKİNQİ (01.04.2023)

Azərbaycan bankları 2023-cü ilin ilk rübündə fiziki şəxslərə verdiyi istehlak kreditlərinin həcmini yüksəldiblər. İlin ilk rübündə ümumi istehlak kreditlərinin həcmi 3.3% artımla 5 mlrd. 942.44 mln. manata yüksəlib.

Banker.az-ın tərtib etdiyi renkinqə görə, siyahıya “Kapital Bank” ASC liderlik edir. Bankın aktivlərində əhəmiyyət kəsb edən istehlak kreditləri son rübdə 0.01% artımla 1 mlrd. 833.22 mln. manata yüksəlib.

İkinci sırada ABB-dir və istehlak kreditlərinin həcmini 7.7% artırmaqla 1 mlrd. 47.59 mln. manata yüksəldib.

Üçüncü sırada “Unibank KB” ASC-dir. Bank istehlak kreditləri üzrə portfelini 5.8% artırmaqla 578.87 mln. manat etmiş, bazardakı mövqeyini möhkəmləndirib. Bu göstəriciyə görə 4-cü sırada olan bankla 100 mln. manat üzərində fərq yarada bilib.

3453453453

 

Son xəbərlər
Digər xəbərlər