6 C
Baku
Sunday, December 15, 2024

Bankların KOB-lara verdiyi kreditlər azala-azala gedir

Azərbaycanda kiçik və orta bizneslərə (KOB) verilən kreditlərin həcmi son iki rübdə azalma dinamikası ilə davam edir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübündə orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 433 milyon manat və ya 20% azalaraq  1 mlrd. 717 mln. manata, kiçik sahibkarlıqda isə 121 mln. manat və ya 7.65% azalaraq 1 mlrd. 464 mln. manata düşüb. Hər iki subyektlərə verilən kreditlər son iki rübdə azalmaqdadır.

Azərbaycanda 1 aprel 2024-cü il tarixinə 13 mlrd. 201.5 mln. manat biznes krediti var. Bu, ilin əvvəli ilə müqayisədə 584.75 mln. manat və ya 5% artımdır.

97464287

Artım digər sektor olan iri bizneslərə verilən kreditlərin hesabınadır. Məsələn, iri bizneslərə verilən kreditlərin həcmi 7 mlrd. 342 mln. manat olmaqla son rübdə 1 mlrd. 90 mln. manat (17%) artıb. Mikro kreditlərin həcmi isə 49 mln. manat və ya 2%-ə yaxın artımla 2 mlrd. 679 mln. manat olub.

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarları Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarındakı göstəricilərlə ölçülür:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig) (min manat)
Mikro sahibkar 1 – 10 ig ≤ 200
Kiçik sahibkar 11 – 50 200 < ig ≤ 3 000
Orta sahibkar 51 – 250 3 000 < ig ≤ 30 000
İri sahibkar 251 və ondan yuxarı 30 000 < ig

 

Son xəbərlər
Digər xəbərlər