14 C
Baku
Tuesday, November 4, 2025

Bankların kredit-depozit marjası hansı səviyyədədir?

2025-ci ilin 1 oktyabrında Azərbaycanda fiziki və hüquqi şəxslərin kredit və depozit faizləri arasındakı marja ötən ilin eyni dövrü ilə müqayisədə azalma və müəyyən dərəcədə sabitlik meyilləri göstərib.

Banker.az Azərbaycan Mərkəzin Bankına istinadən xəbər verir ki, fiziki şəxslər üzrə milli valyutada marja 2024-cü ilin oktyabrında 6.79 faiz idisə, 2025-ci ilin oktyabrında cüzi azalaraq 6.59 faizə düşüb. Bu, son bir ildə 0.2 faiz bəndi azalma deməkdir. Bununla belə, 2023-cü ilin oktyabrında bu göstərici 6.80 faiz təşkil etmişdi. Bununla belə fiziki şəxslərdə manatdakı kredit-depozit marjası yay aylarında 6.4 faizə qədər düşsə də sonradan yenidən yüksəlmişdi.

Fiziki şəxslər üzrə xarici valyutada marja isə 1.82 faizdən 1.61 faizə enib. Yəni illik müqayisədə 0.21 faiz bəndi azalma qeydə alınıb. Bu, 2020-ci illə (5.31 faiz) müqayisəd böyük fərqlə azalma deməkdir.

Fiziki şəxslərə verilən kreditlər son ayda manatda 16.9 faizdən 16.91 faizə qalxarkən, hüquqi şəxslərdə 11.41 faizdən 11.48 faizə qalxıb.

676657565

Şirkət və təşkitlatlarda vəziyyət fərqlidir. Milli valyutada marja ötən ilin oktyabrında 3.77 faiz olduğu halda, bu il 4.36 faizə yüksəlib. Bu da illik müqayisədə 0.59 faiz bəndi artımdır. Bu artım son aylarda müşahidə olunan kredit aktivliyinin və risk primasının bir qədər yüksəlməsi ilə əlaqələndirilə bilər. Müqayisə üçün, 2023-cü ilin oktyabrında marja 4.58 faiz idi, yəni 2024-cü ildə azaldıqdan sonra 2025-ci ildə yenidən artım mərhələsinə daxil olub.

Hüquqi şəxslərin xarici valyutada marjası isə ötən ilin oktyabrında 2.55 faiz olduğu halda, bu il 2.63 faizə yüksəlib. Artım cəmi 0.08 faiz bəndi olsa da, 2023-cü ildəki 3.24 faizlə müqayisədə bu göstərici hələ də xeyli aşağı səviyyədə qalır.

7667876

Son xəbərlər
Digər xəbərlər