24 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Bankların kredit faizləri üzrə gəliri artıb – 1 milyard manatdan çoxdur

2021-ci ilin 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 242.4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 110.3 milyon manat və ya 9.7% çoxdur.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankların ötən ilin 9 ayında kreditlər üzrə faiz gəlirləri 1 milyard 132.1 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, 2021-ci ilin 9 ayında faizlər üzrə xərcləri isə 397.1 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 362.4 milyon manat idi.

Son xəbərlər
Oxşar xəbərlər
X