12 C
Baku
Monday, November 18, 2024

Bankların kredit faizləri üzrə gəliri artıb – 2 milyard manatı aşıb

Azərbaycandakı 26 bank ötən il verdikləri kreditlərdən 2 milyard manatdan artıq gəlir əldə ediblər.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə bankların kreditlər üzrə faiz gəlirləri 2 milyard 194.4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28.5% çoxdur.

Bankların 2021-ci ildə kreditlər üzrə faiz gəlirləri 1 milyard 708.1 milyon manat təşkil etmişdir.

Ötən il faizlər üzrə xərcləri isə 657.8 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 538.4 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi  depozitlər üzrə faiz xərcləridir.

Son xəbərlər
Digər xəbərlər