25 C
Baku
Saturday, July 27, 2024

Bankların kredit kartları dövriyyədən çıxır

2016-cı ilin aprel ayı üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 31 min ədəd azalaraq 5 mln. 403 min. ədəd təşkil edib.
Mərkəzi Bankdan verilən xəbərə görə, ödəniş kartlarının 4 mln. 655 min ədədini debet kartları, 748 min ədədini isə kredit kartları təşkil edib. Debet kartları üzrə yalnız əmək haqqı kartlarının sayı 40 min ədəd azalaraq, 1 mln 481 min ədədə bərabər olub. Sosial kartlar 3 min ədəd artaraq, 2 mln 442 min ədədə, debet kartların digər növləri üzrə olan kartlar isə 39 min ədəd artaraq 732 min ədədə bərabər olub.

Kredit kartlarının sayı bir ay ərzində 32 min ədəd azalaraq, 2016-cı ilin 1 mayı üzrə 748 min ədəd təşkil edib. Ümumilikdə ilin əvvəlindən indiyədək kredit kartlarının sayı 61 min ədəd azalıb.

Xatırladaq ki, bu ilin əvvəlinə ödəniş kartlarının sayı 5 milyon 659 min ədəd idi. Hansı ki, 2015-c ilin müvafiq dövründə bu rəqəm 6 milyon 18 min ədəd olub.

Son xəbərlər
Digər xəbərlər