8 C
Baku
Friday, December 13, 2024

Bankların kredit portfeli 13 milyardı keçdi

2019-cu ilin 30 iyun tarixinə olan statistikaya əsasən, bankların cəmi aktivləri 29,980 mln manat olub ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 7% artıb.

Banker.az xəbər bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Cari ilin iyun ayında bankların müştərilərə verdiyi kredit 13 milyard 146 mln manat təşkil edib. Ötən ilin analoji dovründə isə bu göstərici 11,712 mln manat olub. Belə ki, bu il bankların kredit portfeli 2018-ci illə müqayisədə 1,434 mln manat və ya 12,2% artıb.

2019-cu il 30 iyun tarixində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1 milyard 437.3 mln manat təşkil edib.

aktivler

Son xəbərlər
Digər xəbərlər