Mərkəzi Bankın məlumatına görə, bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, kreditlərin 31,4 faizi dövlət, 65,5 faizi qeyri-dövlət bankları, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7 faizini təşkil edib.