Azərbaycan bankları 1 mart 2021-ci il tarixinə olan 32 milyard 203.4 milyon həcmində aktivlərə sahib olub.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-fevral üzrə icmal göstəricilərinə istinad edir.
Beləliklə, bankların aktivlərinin həcmi son bir ay ərzində 0.23 faiz artım dinamikası ilə artıb.
Bankların kredit portfelinin həcmi 0.23 faiz 14 milyard 246.1 milyon manata, qiymətli kağızlarının həcmi 3.27 faiz artımla 4 milyard 830.7 milyon manata, əsas vəsaitlərinin həcmi 0.36 faiz artımla 739.4 milyon manata artdığı halda, AMB-də müxbir hesablar 3.17 faiz azalma ilə 2 milyard 630 milyon manata, başqa banklardakı müxbir hesabların həcmi 6 faiz azalma ilə 3 milyard 75.8 milyon manata düşüb.