2025-ci il aprelin 1-nə olan məlumata görə, istehlak kreditləri portfeli üzrə ilk sırada 3 mlrd. 6.6 mln. manatla Kapital Bank qərarlaşıb. Bankın portfeli ilin əvvəlindən 2.3% artıb.
İkinci yeri 1 mlrd. 868.9 mln. manatla ABB (artım: 3.9%), üçüncü yeri isə 612.7 mln. manatlıq portfellə Unibank tutub. Unibankda ilin əvvəlindən 0.9% azalma qeydə alınıb.
Dördüncü sırada Bank of Baku – 588.9 mln. manat (artım: 1.7%), beşinci yerdə isə Bank Respublika – 332.7 mln. manat (artım: 6.5%) qərarlaşıb.