Azərbaycanda bankların kredit portfelinin 2023-cü ilin sonuna olan həcminə, ilin əvvəlindən artıma/azalma dinamikasına və bazar payına görə renkinqi açıqlanıb.
Banker.az-ın tərtib etdiyi renkinqdə, dövlətin ABB-si liderlik edir. Kommersiya bankının əsas fəaliyyət üzrə portfeli 2023-cü ildə 43% artaraq 5 mlrd. 49 mln. manat olub. Bu da cari bazarın 22% deməkdir.
Ümumilikdə Azərbaycanın bank sektorunun kredit portfeli son bir ildə 23% artaraq 23.22 mld. manat olub.