2026-cı ilin yanvar ayında bankların kredit portfeli 29 980.1 mln. manat təşkil edir. 2025-ci ilin dekabr ayında isə bankların kredit portfeli 30,063 mln manat olub ki, bu da illik müqayisədə 0.3% azalma deməkdir.
Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 53.2% (15,948.9 mln. manat);
ıı) istehlak kreditləri – 31.4% (9,425.9 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.4% (4,605.3 mln. manat).
Qeyd edək ki, biznes kreditləri azalsa da, istehlak və ipoteka kreditləri bir qədər artıb. 2026-cı ilin yanvarında dekabra nisbətən biznes kreditləri təxminən 1% azalıb, istehlak kreditləri 0.8%, ipoteka kreditləri isə 0.06% artıb.







