18 C
Baku
Thursday, April 25, 2024

Bankların kredit qoyuluşunda payı artıb, bokt-ların isə azalıb

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2019-cu il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13865,5 milyon manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Ümumi kredit portfelinin 11272,1 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

2019-cu ilin ilk 9 ayında kreditlərin 97,6 faizi banklar, 2,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ötən ilin müvafiq dövründə isə kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1491,3 milyon manat olmuş və ümumi kredit portfelinin 10,8 faizini təşkil edib.

fgh

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər