Bankların kreditlərdən faiz gəliri 3 milyard manatı ötüb

Azərbaycandakı bankların 2026-cı ilin yanvar-sentyabr ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 380 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 493 milyon manat və ya 17% çoxdur.

Bankların 2025-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 milyard 887 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-sentyabr ayında faizlər üzrə xərcləri isə 1 milyard 548 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər