Azərbaycanda bankların kredit faizləri üzrə gəlirlərinin həcmi pandemiyadan öncəki göstəricilərə qayıdıb. Bu barədə Mərkəzi Bankın banklar üzrə icmal göstəricilərində qeyd edilir.
2020-ci ilin yanvar-noyabr aylarında isə bankların kreditlərdən faiz gəlirlərinin həcmi 1 milyard 393.6 milyon manat olub. Bunun isə 132.1 milyon manatı noyabr ayının payına düşüb. Bu isə COVID-19-unun ölkədə peydə olunmasından sonra ən bpyük göstəricidir.Cari ilin ilk üç ayına Azərbaycanın bankları kreditlər üzrə faizlərdən müvafiq olaraq 131.1 milyon, 133.1 milyon və 135.1 milyon manatlıq vəsait gəlib.
Bunu bank ekspertləri AMB-nin pandemiyaya görə faiz ödənişlərin üzrə tətbiq edilən güzəştlərlə də qismən əlaqələndirilir.