Azərbaycandakı bankların 2025-ci ilin yanvar-sentyabr ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2 milyard 887 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24.2% çoxdur.
Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 milyard 233 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr ayında faizlər üzrə xərcləri isə 1 milyard 341 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.







