24 C
Baku
Sunday, September 1, 2024

Bankların Mərkəzi Banka böyük tələblə gəlir – Üçündü dəfədir ki, tələb ₼1 mlrd.-ı ötür

8 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50103090S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 21 investor tərəfindən qiyməti 99.5543 (5.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,120,480,900 manat olmuşdur.

Sonuncu dəfə 11 avqusta 1,013,464,100 manat və 24 avqusta tələb 1,066,813,500 manat olub.

Banker.az analitikləri hazrda tələbin bu qədər yüksəlməsinə səbəb kimi, not hərraclarının keçirilmə sayının azaldılmasını, depozit hərraclarının ləğv edilməsini və hazırda kreditləşmə üçün bankların “əl-ayaqlarının” tam açıq olmaması ilə izah edirlər. Məsələn, avqust ayı ərzində AMB cəmi iki dəfə not hərraca çıxarıb. Halnbu ki, il öncə AMB həftədə depozit hərracı keçirməklə paralel not hərracları da təşkil edirdilər.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%) , orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 06.10.2021-ci ildir.

Son xəbərlər
Digər xəbərlər