Bankların gəlirlilik göstəricilərində də müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, ROA 2014-cü il ərzində 0.2 f.b. artaraq 1.7%, ROE isə 0.1 f.b. azalaraq 11.6% olmuşdur.
Banker.az məlumat verir ki, 2015-ci ilin birincü rübündə Bankların gəlirlilik göstəriciləri mənfiyə düşmüşdü. ROA -1.5%, ROE isə -11% -ə enib.
Bank qruplarına 6 gəldikdə, sistem əhəmiyyətli banklarda ROA və ROE ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.5 f.b. və 3.2 f.b. artmış və müvafiq olaraq 2.8% və 22.0% təşkil etmişdir. Digər bankların gəlirlilik göstəricilərinin dinamikasında cüzi azalma müşahidə olunmuşdur: ötən ilin müvafiq dövrü ilə müqayisədə bu banklarda aktivlərin gəlirliliyi 0.2 f.b. azalaraq 1.2%, kapitalın gəlirliliyi isə 1.1 f.b. azalaraq 4.6%-ə bərabər olmuşdur.
Ümumilikdə mənfəət və rentabellik 2014-cü ildə müsbət olsa da mənfəətin artım tempi ötən il ərzində azalmışdır. Belə ki, bir tərəfdən iqtisadi aktivliyin sıçrayışlı artım fazasından sabit artım dövrünə keçməsi, digər tərəfdən isə Mərkəzi Bank tərəfindən aktivlərin təsnifləşdirilməsi və ehtiyatlanma tələblərinin sərtləşdirilməsi, nəzarətin gücləndirilməsi bankların qeyri-faiz gəlirlərinin azalması və mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatların artmasını dəstəkləmişdir.