9 C
Baku
Thursday, December 12, 2024

Bankların mənfəətliliyi post-pandemiya dövrünün ən yüksək həddindədir

Azərbaycanda bank sektorun mənfəətliliyi post-pandemiya dövrünün ən yüksək həddindədir.

Bu barədə Banker.az-a 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında deyilir.

2022-ci ilin birinci yarımilində bank sisteminin xalis mənfəəti 401 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.6% və ya 35 mln. manat çoxdur.

Cari ilin ilk yarısında 24 bank mənfəətlə işləmiş, 2 bank isə yarımili zərərlə bitirmişdir. Zərərlə işləyən bankların məcmu zərəri 1 mln. manat azalaraq cəmi 5 mln. manat olmuş və bu bankların aktivlərinə görə sektorda payı cəmi 0.87% təşkil etmişdir.

Mənfəətlə işləyən 24 bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% və ya 34 mln. manat artaraq 406 mln. manat olmuşdur.

324234

Fərdi banklar üzrə mənfəətlilik göstəricilərində də müsbət dinamika müşahidə edilir. Belə ki, son 6 ildə zərərlə işləyən bankların sayının azaldığı müşahidə edilir. Lakin bank sektorunun mənfəətliliyinin və mənfəətlə işləyən bankların sayının artmasına baxmayaraq sektorun aktivlərinin artım tempinin mənfəətliliyin artım tempindən yüksək olması ROA göstəricisinin azalmasını şərtləndirmişdir.

Son xəbərlər
Digər xəbərlər