10 C
Baku
Thursday, December 26, 2024

Bankların manatda verdikləri yeni kreditlər ucuzlaşıb, dollarda bahalaşıb

Azərbaycan Mərkəzi Bankının faiz dərəcələri qərarı öncəsi daha bir mühüm göstərici açıqlandı.

Banker.az xəbər verir ki, 2021-ci ilin sentyabrında milli valyutada yeni cəlb edilmiş depozit və verilmiş kreditlərin faiz dərəcələri düşüb.

Yeni cəlb edilmiş depozitlərin faiz dərəcələri manatda aylıq müqayisədə 0.74 faiz bəndi azalmaqla 7.89%-ə düşüb. Xarici valyutada isə 0.01% bəndi azalmaqla 0.89% bəndinə düşüb.

Yeni verilmiş kreditlərin manatda faiz dərəcələri isə 0.10 faiz bəndi azaldılmaqla 17.74%-ə, xarici valyutada isə 0.97% bəndi artmaqla 5.52%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər