15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Bankların milli və xarici valyutada ən aşağı faizlə əmanət qəbul etdiyi regionlar – SİYAHI

faizlere

2020-ci ilin fevral ayının 1-nə ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 589 milyon manat olub. Yanvarda isə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 638 milyon manat olub. Aylıq müqayisədə azalma müşahidə olunur.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Banklar milli valyutada  depozitləri ən yüksək faizlə  ilk üç pillədə 6,6% olmaqla Abşeron iqtisadi rayonunda, 6,3% olmaqla Bakı şəhərində, 5,98% olmaqla Lənkəran iqtisadi rayonunda qəbul edir.

Milli valyutada ən aşağı faizlə isə bankların depozit qəbul etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu (2,2%) , Yuxarı Qarabağ rayonu (2,4%) , Şəki-Zaqatala iqtisadi rayonudur (3,9%).

Xarici valyutada ən yüksək faizlə depozit qəbul edilən regionlar isə 2,6% olmaqla Yuxarı Qarabağ iqtisadi rayonudur. Bankların xarici valyutada ən aşağı faizlə əmanət cəlb etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu(0,2%) , Şəki-Zaqatala (1,28%) və Dağlıq Şirvan (1.29%) iqtisadi rayonlarıdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər