13 C
Baku
Saturday, November 23, 2024

Bankların milli və xarici valyutada ən aşağı faizlə əmanət qəbul etdiyi regionlar açıqlandı

2022-ci ilin may ayının 1-nə ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 10 milyard 515 milyon manat olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Banklar milli valyutada  depozitləri ən yüksək faizlə  ilk üç pillədə 6.22% olmaqla Abşeron-Xızı iqtisadi rayonunda, 5.55% olmaqla Gəncə-Daşkəsən, 5.33% olmaqla Lənkəran-Astara iqtisadi rayonunda qəbul edir.

Milli valyutada ən aşağı faizlə isə bankların depozit qəbul etdiyi regionlar isə Mil-Muğan iqtisadi rayonu (2.69%) və Naxçıvan iqtisadi rayonudur (2.16%).

Xarici valyutada ən yüksək faizlə depozit qəbul edilən regionlar isə 1.01% olmaqla Qazax-Tovuz iqtisadi rayonu və 1% olmaqla Bakıdır. Bankların xarici valyutada ən aşağı faizlə əmanət cəlb etdiyi regionlar isə Naxçıvan iqtisadi rayonu (0.02%), Mil-Muğan iqtisadi rayon (0.16%) iqtisadi rayonlarıdır.

Son xəbərlər
Digər xəbərlər