Banker.az olaraq bu dəfə Azərbaycanda fəaliyyət göstərən 24 bankın mobil banklarının müştərilər tərəfindən necə qiymətləndirilməsini araşdırdıq.
Araşdırmada məlum olur ki, “Günay Bank” və “Naxçıvanbank”ın müştəriləri üçün mobil bankinq hələ də əlçatan deyil.
Araşdırmaya görə, Apple Store və Google Play platformalarında ən yaxşı nəticələr alan “Kapital Bank” ASC-nin “Birbank” adlı əlavəsidir.