26 C
Baku
Monday, June 27, 2022

Bankların müştəri bazası azalıb

Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 187 378 nəfər və ya 3,3% azalaraq aprelin 1-nə 5 529 007 nəfərə düşüb. Mərkəzi Bankın verdiyi xəbərə görə, aylıq müqayisədə 47 977 nəfər və ya 0,88%, illik müqayisədə isə 391 484 nəfər və ya 7,62% artım baş verib.

Hesabata əsasən, müştərilərin 98,44%-i və ya 5 442 847 nəfəri fiziki şəxslər, o cümlədən 172 608 nəfəri sahibkarlıqla məşğul olan şəxslərdir.

Bank müştərisi olan fiziki şəxslərin sayında illik müqayisədə 8,09% və ya 407 069 nəfər artım qeydə alınıb. O cümlədən, sahibkarlıqla məşğul olanların sayında 4 753 nəfər və ya 2,83% artım olub.

Qeyd edək ki, cari ilin martın 1-nə Azərbaycanda əhalinin sayı 9 723,5 min nəfər təşkil edib.

Report

Son xəbərlər
Oxşar xəbərlər