19 C
Baku
Friday, October 4, 2024

Bankların müştəri bazarı yenidən böyüyür

Ölkədə bir neçə ay öncə bank müştərilərinin azalmasına baxmayaraq, hazırda  bank müştərilərinin sayında sürətlə artım gedir. Belə ki, 1 iyun tarixində ölkədə bank müştərilərinin sayı 4 754 509 nəfərə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən müştəri artımı 404 010 nəfər və ya 10% olub.

Ötən ay ilə müqayisədə 113 700 nəfər və ya 3 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 342 258 nəfər və ya 8% artıb.

Fiziki şəxslər üzrə bank müştəriləri , son bir ay ilə müqayisədə  112 828 nəfər, artaraq 4 661 812 nəfərə çatıb.

Həmçinin hüquqi şəxslər üzrə bank müştəriləri 92 697 nəfərə, sahibkarlıqla məşğul olan şəxslər isə 119 894 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər