Azərbaycan bankları 1 iyun 2023-cü il tarixinə müştərilərə verilən kreditlərin həcmi 20 mlrd. 659.3 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu da son bir ayda 279.7 mln. manat və ya 1.4% artımdır.
Müştərilərə verilən kreditlərdən biznes kreditləri may ayında 0.6% artaraq 11 mlrd. 170.8 mln. manata, istehlak kreditləri 2.5% artaraq 6 mlrd. 224.5 mln. manata, ipoteka kreditləri 2% artaraq 3 mlrd. 264 mln. manata çatıb.