7 C
Baku
Thursday, December 12, 2024

Bankların müştərilərinə “Novruz payı” – hansı bank nə təklif edir?

Azərbaycanda hal-hazırda banklarda bayramla əlaqədar olaraq müxtəlif kampaniyalar davam edir. Sərfəli kreditlərdən, kampaniyalardan yararlanmağın əsl vaxtıdır.

Banker.az sizə Novruz bayramı ilə əlaqədar olan ən səmərəli kampaniyaları araşdırdı və onları təqdim edir.

AFB BANK

AFB Bank 10.03.2021-10.04.2021-ci il tarixlərində Novruz Bayramı münasibətilə yeni kampaniyaya start verir. “Novruz kampaniyası” çərçivəsində Bankın müştərilərinə “Nağd pul krediti” məhsulunun illik faiz dərəcələrinə 5% -dək endirim tətbiq edilir: [3 ay- 12 ay] – 17%, [13 ay-24 ay] – 19%, [25 ay-36 ay] – 21%

Kampaniyasının şərtlərinə əsasən kreditlər 20.000 AZN-dək rəsmiləşdirilə bilər və kredit məbləği 5000 AZN-dək olduqda zamin tələb olunmur. Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.

novruz diger saytlar manshet scaled

BANK OF BAKU

Belə ki, Novruz münasibətilə 15-20 mart tarixləri arasında Bank of Baku-ya müraciət edən HƏR KƏS 30.000 AZN-dək Nağd Pul Kreditini, -KOMİSSİYASIZ; -ZAMİNSİZ; -ENDİRİMLİ FAİZ şərtləri ilə əldə edə bilərlər. Sığorta haqqının da olmadığı kredit kampaniyasından əmək haqqı və iş yerindən asılı olmayaraq HƏR KƏS faydalana bilər.

Bank, Novruzda ölkənin ilk taksit kartı olan Bolkart sahiblərini də sevindirəcək. Belə ki, -15-20 mart tarixlərində Bolkart taksit kartı ilə marketlərdə ümumilikdə min. 200 AZN-lik alış-veriş edən hər kəs 20 AZN CASHBACK; -19-28 mart tarixlərində Bolkartın bütün “3-18 aya ödə partnyorlarında” alış-veriş edən müştərilər isə ödəniş müddətinə +3 AY HƏDİYYƏ qazanacaqlar.

Bank of Baku Novruzda hər kəsi sevindirir

 

BANK BTB

Bank BTB Novruz bayramı və bankın 11 illiyi münasibəti ilə “Novruz payı” adlı kampaniyaya start verib. Belə ki, banka kredit üçün müraciət edən müştərilər sərfəli şərtlərlə kredit götürməklə yanaşı əlavə pul da qazana biləcəklər. Kampaniya müddətində istehlak və biznes kreditləri əldə etmiş şəxslər müddətin sonunda illik faizin 11%-ni hədiyyə olaraq geri alacaqlar. Qeyd edək ki, “Novruz payı” kampaniyası 31 Mart 2021-ci il tarixinədək davam edəcək. Kampaniyanın daha bir üstünlüyü, təklif olunan kreditlərdə komissiya faizinin 0% olmasıdır.

nv

BANK RESPUBLİKA

Bank Respublika, Novruz bayramının 4 ünsürü ilə bağlı “Öz Çərşənbəni Seç!” adlı kredit kampaniyasına start verib. Aprel 5-dək davam edəcək kampaniya çərçivəsində banka müraciət edən müştərilər, Novruz Çərşənbələrinin ünsürlərinə uyğun 4 kredit paketini endirimlə və pulsuz əldə edə biləcək:

“SU” PAKETİ:  1)Kredit faizinə 2% endirim; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Visa Gold plastik kartı hədiyyə

“OD” PAKETİ: 1)Komissiya 0%; 2) Kredit müddətinin əlavə 6 ay uzadılması; 3)Mastercard PayPass Stiker hədiyyə

“YEL” PAKETİ: 1)Komissiya 0%; 2)3 aylıq güzəşt müddəti; 3)Visa Gold plastik kartı hədiyyə

“TORPAQ” PAKETİ: 1)Kredit faizinə 2% endirim; 2)3 aylıq güzəşt müddəti; 3)Mastercard PayPass Stiker hədiyyə

Qeyd edək ki kampaniya çərçivəsində max.müddәti 48 ay olan 30 000 manatadək nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsi və ZAMİNSİZ əldə etmək mümkün olacaq.”Bank Respublika”da kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

CB

KAPİTAL BANK

BirBank Novruz Bayramının gəlişi münasibətilə milyonlarla istifadəçisi üçün yeni fürsət təqdim edir. Belə ki, kampaniya müddətində hər çərşənbə axşamı “Ürəklər”i daha sərfəli şəkildə xərcləyə biləcəklər. Şərtlərə görə, 23 fevral – Su çərşənbəsində Azərsu, 2 mart – Od çərşənbəsində Azəriqaz, 9 mart – Yel çərşənbəsində Azərişıq ödənişləri edərkən 1 AZN ödəniş üçün cəmi 5 000 Ürək xərcləməli olacaqlar. Qeyd edək ki, digər vaxtlarda 1 AZN üçün 10 000 Ürək xərcləmək lazım olur. Eləcə də, 16 mart – Torpaq çərşənbəsində Azercell-dən 10 danışıq dəqiqəsi və ya 50 meqabayt internet, Bakcell-dən 20 danışıq dəqiqəsi (Ulduzum) və ya 50 meqabayt internet 5 000 Ürək deyil, cəmi 1 000 Ürəyə təqdim olunacaq. Ətraflı məlumat üçün – https://kbl.az/bbcuh

bn

YELO BANK

Biznes hədəflərinizi rahat reallaşdıra bilməyiniz üçün Novruz bayramına özəl şərtlərlə kreditlər təklif edilir. 50 min AZN-dək kreditləri 0% komissiyasız və 3 ay faiz hədiyyəsi ilə əldə edə bilərsiniz. Üstəlik 12 ayadək güzəşt müddəti də almaq mümkündür. Üstünlüklər bununla bitmir. Kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış tələb olunmur. Krediti vebsaytımız, ya da sosial şəbəkələrdən onlayn sifariş edərək vaxtınıza qənaət edin. Təkrar müştərilərin kredit götürmək üçün filiala yaxınlaşmaq, sıra gözləyib vaxt itirməyinə də ehtiyac qalmayacaq. Çünki Azərbaycanda ilk dəfə Yelo Bankda mikro kredit birbaşa müştərinin biznes kartına köçürülür.

Novruz biznes 696x696 1

PASHA BANK

PAŞA Bank kiçik və orta biznes sahibləri üçün Novruz bayramına özəl kampaniyaya start verir. 31 mart 2021-ci il tarixinədək keçiriləcək kampaniya çərçivəsində sahibkarlar, məbləğindən asılı olmayaraq “Onlayn biznes krediti”-ni illik 16.5% ilə, “Onlayn biznes kredit xətti”-ni illik 17% olmaqla 12 ay müddətinə rəsmiləşdirə bilərlər. Sahibkarlara biznes kreditlərini girovsuz, Banka gəlmədən və tamamilə onlayn əldə etmə imkanı təklif olunur.

Bundan əlavə qeyd olunan müddət ərzində PAŞA Bankın biznes kreditlərindən yararlanan müştərilərə hədiyyə seçimi də təklif olunur. Belə ki, kampaniyada iştirak edən sahibkarlar “Umico” balanslarına 100 AZN bonus və ya 1 illik korporativ Miles&Smiles kartını hədiyyə olaraq seçə bilərlər.

xanim sahibkar

 

RABİTƏBANK

Bayramqabağı alış-veriş etmək, sevdiklərinə hədiyyə almaq, kiçikdən böyüyədək hər kəsi sevindirmək istəyənlər Rabitəbankdan nağd pul kreditini 2% endirimlə 16%-dən başlayan sərfəli şərtlərlə əldə edə biləcəklər. Kredit müddəti 36 ay, maksimal məbləğ isə 20 000 AZN olacaq.

İkinci təklif isə komissiya və sığorta haqqı ödəmədən nağd pul krediti almaq istəyənlər üçündür. Bu təklifi seçən müştərilər fərdi məqsədlər üçün istehlak krediti əldə etdikdə kreditin komissiyası və sığorta haqqını Rabitəbank qarşılayacaq.

20

PREMİUM BANK

“Premium Bank” xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bayram kampaniyasız olmaz deyərək, sizə geniş imkanlar yaradan, alış-verişinizi səyahətə çevirən “Visa Classic Miles”, “Visa Gold Miles”, “Visa Platinum Miles” və “Visa Signature Miles” kartlarını yarı qiymətinə təklif edirik. Kampaniyadan yararlanmaq istəyən hər kəs 16 – 31 mart 2021-ci il tarixləri arasında bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq, həmçinin saytımızdan onlayn formada öz miles kartını əldə edə bilər.

«Visa Classic Miles» – https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-classic-miles/

«Visa Gold Miles» – https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-gold-miles/

«Visa Platinum Miles» – https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-platinum-miles/

«Visa Signature Miles» – https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/visa-signature-miles-1/

pp

TURANBANK

Aprel ayının 10-dək davam edəcək “Baharın sərfəli anı” kredit kampaniyasının şərtlərinə
əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər kreditləri illik 10,9%-dən
başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu da son deyil. Belə ki, kampaniya
çərçivəsində rəsmiləşdirilən kreditlər sahibkarlara komissiyasız təklif edilir.
Kampaniya şərtlərinə əsasən, kreditin maksimal müddəti 36 ay, maksimal məbləği
100 000 AZN təşkil edir.

1080x1080 bahar

UNİBANK

Biznes sahiblər üçün keçirilən “Novruz kampaniyası”nda sahibkarlar “Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanacaqlar, həm də komissiya ödəməyəcəklər.

Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi “Unibank”ın  “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına  müraciət edə bilərlər.

3

YAPI KREDİ BANK AZƏRBAYCAN

5 Aprel tarixlərindək  ən çox alış-veriş edən “Worldcard” istifadəçisi Iphone 12 Pro Max qazanma şansı əldə edəcək. Qeyd edək ki, kampaniyada iştirak üçün birdəfəlik alış-verişin minimum məbləği 15 AZN-dir. Worldcard kredit kartı alış-veriş zamanı hissə-hissə ödəmə, müntəzəm  kampaniyalar, imtiyazlı əlavə xidmətlər təqdim edir. Həmçinin, Worldcard vasitəsilə alış-verişlərinizdən bal qazanmaq, daha sonra isə bu ballarla World Üzv Ticarət Obyektlərində alış-veriş etmək mümkündür. 

Image

 

 

 

Son xəbərlər
Digər xəbərlər