10 C
Baku
Wednesday, December 11, 2024

Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 30%-dək azalıb

6 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 mlrd. ABŞ dolları ekvivalentində olub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 79.5%-i
ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 97.3%-i ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1.8 mlrd. ABŞ dolları ekvivalentində olub.
Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.

Son xəbərlər
Digər xəbərlər