Azərbaycan Milli Məclisinin Mülki Məcəllənin bir sıra maddələrində qəbul etdiyi dəyişikliklər qüvvəyə minib. Məluamtına görə, dəyişiklik edilən maddələrdən biri də Mülki Məcəllənin “Səhmdarların ümumi yığıncağının qərarı” ilə əlaqədar olan 107.5.1-ci maddəsidir.
Dəyişikliyə əsasən, banklar istisna olmaqla, digər səhmdar cəmiyyətlərində səhmdarların 2/3-nin qərarı ilə cəmiyyətin nizamnaməsində hər hansı dəyişiklik edilə bilər.
“Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107.3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların 2/3 səs çoxluğu ilə qəbul edilir”, – deyə maddədə qeyd olunub.
Report