14 C
Baku
Wednesday, April 24, 2024

Bankların noyabrda valyuta tələbi $800 mln.-a çata bilər – 2020-ci ilin martından bu tərəfə maksimum

Azərbaycanda 2020-ci ilin “təşvişli” mart ayından bu tərəfə ilk 7 valyuta hərracında bankların dollar tələbi ən yüksək həddə keçib.

Bu barədə Banker.az-ın analitika qrupunun araşdırmasında bildirilir.

2021-ci ilin noyabrında indiyə qədər Mərkəzi Bankda ARDNF tərəfindən yeddi valyuta hərracı gerçəkləşdirib və ümumilikdə 606 milyon ABŞ dolları həcmində valyuta satılmışdır. Bu isə 2020-ci ildə pandemiya səbəbindən neftin ucuzlaşması fonunda dollara tələbin kəskin yüksəldiyi mart ayından bu tərəfə maksimal göstəricidir. Həmin tarixdə martın ilk yeddi hərracına qədər 1 milyard 410 milyon ABŞ dolları satılmışdı. Həmin tarixdən bu tərəfə ən böyük dollar tələbi 2021-ci ilin yanvarının payına düşmüşdü, müvafiq sayda ilk hərracda 583 milyon dollar satılmışdı.

Lakin 2021-ci ilin yanvarındakı hərracların üçüncü (142.2 mln. dollar)  və dördüncüsünü (100.1 mln. dollar) nəzərə almasaq, cari ilin noyabrı hərraclar üzrə proporsional olaraq tələbin yüksək olduğu müşahidə edilməkdədir.

232312

Banker.az bildirir ki, növbəti iki (26 və 30 noyabr)  hərracda ortalama 90 dolların üzərində bankların valyuta tələbi olarsa, o zaman ARDNF tərəfindən bu ay ərzində 800 milyon dollar həcmində valyuta “xərci” mümkündür.

Rəsmi mənbələrdəki şəxslər dollara yaranan tələbin hazırda yüksək olmasını normal hal sayır. Mümkündür ki, növbəti ayda da tələb belə yüksək qalsın.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bu günə qədər 5 milyard 453.72 milyon ABŞ dolları ekvivalentində valyuta manatın qorunması üçün bazara çıxarılıb.

Banklar Sanki Dolları "yastıq Altına" Yığır: Əhalidən Də Alır, Fonddan Da

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər