2 C
Baku
Saturday, December 14, 2024

Bankların ötən il kredit faizləri üzrə gəliri artıb – 2 milyard manata yaxınlaşıb

Azərbaycanda banklar 2021-ci ildə verdikləri kreditlərdən 2 milyard manata yaxın gəlir əldə ediblər.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ildə bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 708.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 188.6 milyon manat və ya 12.4% çoxdur.

Bankların 2020-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 519.5 milyon manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər