6 C
Baku
Friday, January 17, 2025

Bankların problemlərini bir tək kredit işçiləri çiyinlərində daşımalıdırmı?

Heç kəsə sirr deyil ki, Azərbaycanda olan bankların çoxu devalvasiyanın birbaşa və dolayı problemləri ilə üzləşiblər. Birbaşa risklər, bankın xarici valyutada olan öhtəliklərinin qarşılığında manatla verdiyi kreditlərdən olan itkilərdir.

Dolayı risklər isə, əhalinin böyük bir qisminin ,dollarda olan kreditlər yükünü çəkə bilməməsi,  həmçinində manatla olan kreditləri götürən şəxslərin işinin ya dayanması , yada zəifləməsi ilə ödənişlərində problemlərin yaranmasından qaynaqlanır.

Bu proseslərin təsiri nəticəsində banklarda çətinlikləri adlamaq məqsədi ilə  həm ixtisarlara başladılar, həmdə bonuslarda kəsilmələr başladı.

Ədalətsiz yanaşma

Lakin işin digər bir tərəfi, bu prosesin ədalətsiz aparılmasındadır. Niyə görə bonuslardan kəsilmə, işçilərin ixtisarı  məhz kredit işçilərinin və  əməliyyatçıların  “başında çatlamalıdır”?

Normal situasiyada, anlaşılandırki, kredit işçisi verdiyi kreditdə gecikmə yaranarsa, bu onun əldə etdiyi bonusa təsir etməlidr. Bonus sisteminin əsas mahiyyətidə məhz daha çox kreditləşmə edənə daha çox əmək haqqının verilməsi, daha keyfiyyətsiz kreditləşmə edənə isə daha az əmək haqqının verilməsidir.

Hazırda isə vəziyyət elədirki, problemə düşən şəxslərin çoxunun problemə düşməsini qabaqcadan heç kim müəyyən edə bilməzdir. O zaman, kredit işçisinin bonusu niyə kəsilməlidir?

Redaksiyamıza bu tip narazılıqlarla bağlı DəmirBank, Finca və s. bankların əlacı kəsilmiş kredit işçilərinin şikayətlərini alırıq.

Bizim fikrimizcə, bankların hazırki durumunu hər bir bank işçisi öz çiyinlərində daşımalıdır. Lakin bu yük hələki ancaq aşağı səviyyəli işçilərin çiyinlərindədir. Yüksək ranqlı işçilərdən nə işdən çıxan yoxdur, nədə əmək haqqılarında kəsilmələr yoxdur.

Sonda bonusun nə olması ilə bağlı qısa bir rezümedə vermək istərdik. Bu yanaşma heç bir nəzəri nöqtəyə söykənmir, sırf məntiqi yanaşmadan ibarətdir.

Banklarda bonus məsələsinin yaranması Azərbaycan bankları tərəfindən kəşf edilməmişdir. Sadəcə hər bir bank, bu sistemə öz yanaşmasın tətbiq etməklə işini qurmuşdur.

Normalda Kredit işçisinin bir x manat əmək haqqısı olmalıdır. Azərbaycanda hələ banlkar yaxşı vəziyyətdə olanda və kreditləri əhaliyə 36-40% verərək qazandığı dövrlərdə, kredit işçilərinə 250-300 AZN rəsmi əmək haqqı təyin edirdilər. Təbii ki, normal işçi aylıq məvacibi 300 manat olan işdə işləməz. Lakin, banklar əlavə olaraq bonus sxemləridə tətbiq edirlər və işçi təxmin edirki,  normal işləməklə təxminən maaşla birlikdə 800 manat qazana bilərəm. Daha çox kredit versəm,daha çox qazana bilərəm. Lakin , banklar keyfiyyətsiz kreditləşmənin qarşısını almaq üçün əlavə olaraq gecikmə kompanentində sxemə əlavə edirlər. Yəni çox kredit ver, çox qazan, amma adam ödəniş etməsə, sənin bonusundan kəsilmə olacaq və s.

Bunları nəzərə alsaq, rəsmi əmək haqqısı 250 azn olan kredit işçisinin bonusu tam yox, heç olmasa 50% kəsilməlidir. Digər 50% bankın baş ofisində olan digər işçiləri arasında paylanmalıdır.

Son xəbərlər
Digər xəbərlər