19 C
Baku
Sunday, May 19, 2024

Bankların problemli kreditlər kəskin artıb

Ölkənin bir çox bankları  cari ilin I rübünə olan göstəricilərini açıqlamasalar da, bəzi banklar yarımillik haqqında hesabatlarını dərc etməyə başlayıblar. İkinci rüb üzrə bankların problemli kreditləri artıb.

Onu da qeyd etmək lazımdır ki, banklar digər hesabatlarını açıqlasalar da bəzi banklar gecikmədə olan kreditləri haqqın məlumat açıqlamayıblar. Hazırda problemli kreditlərini açıqlayan 4 bank haqqında məlumat verəcəyik ki, bu bankların da problemli kreditləri xeyli artıb.

Aşağıda qeyd olunan bankların I və II rüb üzrə problemli kreditləri ilə tanış ola bilərsiniz.

5554

Onu da nəzərinizə çatdıraq ki, hazırda son statistika ölkədə vaxtı keçmiş kreditlə 1313,2 mln manat təşkil etdiyini göstərir. Bu rəqəm isə ümumi kredit qoyuluşunun 6,4%-ni təşkil edir.

Ümumiyyətlə Azərbaycanda Kommersiya Banklarının vaxtı keçmiş kreditləri getdikcə artmaqdadır. Vaxtı keçmiş kreditlərin artmasında başlıca səbəb isə bankların kifayət qədər yüksək faizlə əhaliyə kreditlər verməsidir. Bu cür yüksək faizlə verilən kreditlərin qaytarmaq əhali üçün heç də asan olmur.

Təbii ki, manatın məzənnəsində baş vermiş devalvasiya da problemli kreditlərin sürətlə artmasına səbəb olan amillərin demək olar ki, ən başlıcasıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər