10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Bankların qiymətli kağızlar üzrə portfeli ₼5 mlrd.-a çatıb

Azərbaycanın 26 kommersiya bankı qiymətli kağızlar üzrə portfelini 5 mlrd. manata çatıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından daxil olan məlumatda deyilir.

Məlumata görə, 2021-ci ilin 1 sentyabr tarixinə bank aktivlərində qiymətli kağızlar üzrə portfeli 4 milyard 862.8 milyon manat təşkil etmişdir.

Bu isə son ay ərzində 212.2 milyon manat, yaxud 4.6%, son bir ildə isə 1 milyard 15.4 milyon manat, yaxud 26.4% artmışdır.

Qeyd edək ki, Azərbaycanda kommersiya bankları əsasən dövlət istiqrazları və Azərbaycan Mərkəzi Bankının qisa və orta müddətli notlarının hərracda əldə etməklə formalaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər