Azərbaycan banklarının qiymətli kağızlara yatırımları 2026-cı il iyulun 31-nə 7,95 milyard manat təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 1,24 milyard manat və ya 13,5% azalma deməkdir.
Banker.az-ın Mərkəzi Bankın istinadən xəbərinə görə, 2025-ci il iyulun 31-də bankların qiymətli kağızlar üzrə aktivləri 9,19 milyard manat olub. Bir il ərzində portfelin xarici valyuta hissəsi də 4,06 milyard manatdan 3,63 milyard manatadək, yaxud 10,6% azalıb.
Bununla yanaşı, bankların qiymətli kağızlar üzrə əldə etdiyi gəlirlər də azalıb. 2026-cı ilin iyul ayının sonuna bu istiqamətdə mənfəət 271,4 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 326,3 milyon manatla müqayisədə 54,9 milyon manat və ya 16,8% aşağıdır.
Bankların qiymətli kağızlara yatırımlarının azalmasının əsas səbəblərindən biri Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə hərraclarının əvvəlki illərlə müqayisədə azalmasıdır. Dövlət istiqrazları bankların qiymətli kağız portfelinin əsas komponentlərindən biri olduğundan, yeni emissiyaların və yerləşdirmələrin həcminin azalması bankların bu alətlərə investisiya imkanlarını da məhdudlaşdırır.






