Bankların sənaye və istehsalata verdiyi kreditlərdə xarici valyutanın payı yüksək olaraq qalır

İstehsal sahəsi

Azərbaycanda banklar tərəfindən sənaye və istehsal sektorunda fəaliyyət göstərən şirkətlərə verilən biznes kreditlərinin həcmində xarici valyutanın əhəmiyyətli payı qalmaqda davam edir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 1 mart 2020-ci il tarixinə olan hesabata əsasən qeyd edilən sektora verilən kreditlər 1 milyard 132,2 milyon manat həcmində təşkil etmişdir. Ümumi ölkə üzrə kredit portfelindəki payı 7,2% təşkil edib, 2019-cu ilin eyni dövründə 5,6% idi.

Bu kreditlərin 266,1 milyon mantı dövlət müəssələrinə və 866 milyon manatı isə şirkətlərə verilənlərdir.

Milli qısa, xarici uzun müddətə

Sənaye və istehsal sektoruna verilən kreditlərin həcmində qısamüddətli kreditlərdə manat dominantlıq etsə də, uzunmüddətlidə edə bilmir.

Bu sektor üzrə hesabat dövründə qısa müddətli kredit 166,7 milyon manat, 965,5 milyon manat isə uzunmüddətli olmuşdur.

Qısa müddətli kreditin 85 milyon manatı manatla 81,7 milyon manatı (81,6 milyon manatı özəl şirkətlərə) xarici valyuta ilə verilib. Uzunmüddətli kreditlərin 428,2 milyon manatı milli valyutada, 537,3 milyon manatı isə xarici valyutada müəssisələrə təqdim edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları